...

Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2020 15:23 (UTC +04:00)
Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda Ukrayna XİN-in Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən narahatlığı ifadə olunur.

Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırıb.

Ukrayna XİN həmçinin həlak olanların yaxınlarına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti