...

Deputat: Ermənistanın mülki əhalini atəşə tutması beynəlxalq konvensiyaları saya salmadığını göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2020 11:31 (UTC +04:00)
Deputat: Ermənistanın mülki əhalini atəşə tutması beynəlxalq konvensiyaları saya salmadığını göstərir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın Azərbaycanda yaşayan mülki əhalini atəşə tutması onun beynəlxalq konvensiyaları saya salmadığını göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, təcavüzkar Ermənistanın Azərbaycanın mülki əhalisini top atəşinə tutması, qocaları, qadınları, uşaqları öldürməsi müharibə qanunlarına ziddir.

Deputat qeyd edib ki, Ermənistan bu hərəkətləri ilə bəşəriyyətə qarşı cinayət törətmiş bir ölkə sayılır.

M.Qasımlı əlavə edib ki, bu gün təmas xəttində ölkə əhalisinin mal-mülkü dağıdılır, evləri viran edilir, insanlar öldürülür:

“Bütün bunlara görə Ermənistan cavab verməlidir. Ermənistanın bu hərəkətləri bir daha təsdiq edir ki, o, təcavüzkar, işğalçı ölkədir, terroru dövlət səviyyəsində himayə edir və heç bir beynəlxalq qanunu saya salmır. Ona görə də Ermənistan öz cəzasını almalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti