Bakı. Trend:
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Baş naziri Georgi Qaxariyanın Tbilisinin Azərbaycanla Ermənistan arasında vasitəçi kimi iştirak etməyə hazır olduğu barədə təklifinə cavab verib.
Trend-in məlumatına görə, səfir bildirib ki, Azərbaycan yalnız Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən könüllü şəkildə çıxarmağa razı olacağı təqdirdə danışıqlarda iştirak etməyə hazırdır:
“Amma biz məqsədi işğalı davam etdirmək olan danışıqlara razı olmayacağıq. Bu, Azərbaycan xalqının iradəsidir və dövlətimizin mövqeyidir”.
Səfir əlavə edib ki, Azərbaycan ordusu beynəlxalq səviyyədə tanınan torpaqları uğrunda mübarizə aparır.