...

Piter Teys: Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın şəhərlərinə raket zərbələrini kəskin şəkildə pisləməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 13:02 (UTC +04:00)
Piter Teys: Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın şəhərlərinə raket zərbələrini kəskin şəkildə pisləməlidir

Bakı. Ləman Zeynalova - Trend:

Beynəlxalq ictimaiyyət Ermənistanın Mingəçevir, Gəncə, Xızı və Abşerona raket zərbələrini kəskin şəkildə pisləməlidir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O, Ermənistanın Azərbaycanın iri şəhərlərində dinc sakinlərə və infrastuktura qarşı terrorçuluq əməllərindən sarsıldığını deyib:

“Ermənistanın faşist hökuməti beynəlxalq humanitar hüququ kobud şəkildə pozub və qəsdən hərbi əməliyyatlar heç bir əlaqəsi olmayan dinc sakinləri və mülkiyyəti məhv etməyə çalışır”.

P.Teys bildirib ki, Yerevan Azərbaycan ordusundan ciddi tarixi dərs aldı və Ermənistanın çoxlu əhalisi olan şəhərlərə hücum etmək, həssas obyektlərə, xəstəxanalara, məktəblərə və elektrik stansiyalarına zərər vurmaqdan başqa yolu yoxdur:

“Ermənistanı cəzalandırmaq və BMT-dən çıxarmaq lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti