...

İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2020 12:37 (UTC +04:00)
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik

Bakı. Elnur Bağışov - Trend:

Biz həmişə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəmişik və indi bunun baş verdiyi üçün sevinirik.

Trend-in məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunları komandanı general Məhəmməd Pakpur deyib.

M.Pakpurun sözlərinə görə, İran istənilən işğal və təcavüzə qarşıdır və bunu pisləyir.

General əlavə edib ki, ölkələrin ərazi bütövlüyü İran üçün böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti