...

Ermənistanın Bərdədə törətdiyi cinayətlər barədə müxtəlif dillərdə video çarxlar hazırlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2020 14:19 (UTC +04:00)
Ermənistanın Bərdədə törətdiyi cinayətlər barədə müxtəlif dillərdə video çarxlar hazırlanıb

Bakı. Trend:

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdədə 27 nəfər həlak olmuş, 105 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzlərindən biri olan qədim Bərdə şəhərinə raket zərbələri endirməklə bir daha özünün təcavüzkar və işğalçı mahiyyətini nümayiş etdirmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin Bərdədə törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanmışdır.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

https://www.youtube.com/watch?v=v0ZwL0fQT0Y

https://www.youtube.com/watch?v=mr1EeDcFJh8

https://www.youtube.com/watch?v=vNwin9vKuMg

https://www.youtube.com/watch?v=FdfKMg8e3eU

https://www.youtube.com/watch?v=KqUSL9MRH7U

https://www.youtube.com/watch?v=HH9G-ccEIMs

Məqalədə:
Xəbər lenti

Xəbər lenti