...

Aİ və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini təbrik etməlidir - Piter Teys

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2020 15:36 (UTC +04:00)
Aİ və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini təbrik etməlidir - Piter Teys

Bakı. Trend:

Avropa İttifaqı və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini rəsmi şəkildə təbrik etməlidir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, müxtəlif beynəlxalq siyasi platformalardan Azərbaycana dəstəyi təmin etmək lazımdır:

"Avropa İttifaqının üzvləri və Vaşinqton dünya və Azərbaycan mədəniyyətinin şahəsəri, İslam mədəniyyətinin və Azərbaycan memarlığının beşiyi, tarixi Şuşa şəhərinin azad olunması ilə əlaqədar Azərbaycan hökumətini rəsmi şəkildə təbrik etməlidir".

Ekspertin sözlərinə görə, dünya bilməlidir ki, Azərbaycanın qəhrəman ordusunun öz suveren ərazilərini faşist Ermənistan ordusundan və erməni terrorundan azad etməsi bütün Cənubi Qafqaz regionundan təhlükəsizliyin təmin olunması deməkdir:

"Dünya ölkələri Azərbaycan Silahlı Qüvvələrini işğal olunmuş ərazilər azad etmə işində dəstəkləmək üçün birləşməlidir. Mən Azərbaycanın böyük və heyranedici şəhəri, Azərbaycan mədəniyyətinin qədim mərkəzi Şuşanın azad edilməsi xəbərinə çox sevindim. Dağlıq Qarabağ Azərbaycandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti