...

Rusiyadan sülhməramlı qüvvələri gətirən təyyarələr yola düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2020 11:03 (UTC +04:00)
Rusiyadan sülhməramlı qüvvələri gətirən təyyarələr yola düşüb

Bakı. Trend:

Rusiyanın Ulyanovsk şəhərindən Dağlıq Qarabağa rusiyalı sülhməramlıları gətirən 4 İl-76 təyyarəsi yola düşüb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, daha sonra daha 5 təyyarə yola düşəcək:

“Təyyarələrin göyərtəsində sülhməramlı birliyin şəxsi heyəti, avtomobil texnikası, zirehli transportyorlar və digər vasitələr olacaq”.

Ümumilikdə sülhməramlı kontingentdə 1 960 hərbi qulluqçu, 90 ZTR, 380 avtomobil və xüsusi texnika yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti