...

Ordu dedi ki, dayanmaq lazımdır - Paşinyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2020 11:37 (UTC +04:00)
Ordu dedi ki, dayanmaq lazımdır - Paşinyan

Bakı. Trend:

Qarabağla bağlı razılaşma ordunun tövsiyəsi ilə imzalanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O bildirib ki, döyüş zamanı hərbi resurslar səmərəli olmayıb:

“Ordu deyirdi ki, dayanmaq lazımdır. Elə məsələlər var ki, onların ya həlli perspektivi yoxdur, ya da resurslar tamamilə bitib. Ön cəbhədə döyüşənləri əvəz edən yox idi. Elə döyüşçülər var idi ki, bir ay əvəz olunmadan döyüşüb. Nəticədə rəhbərlik müharibəni dayandırmaq qərarına gəldi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti