...

Ermənistan Baş qərargah rəisi: Qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 14:56 (UTC +04:00)
Ermənistan Baş qərargah rəisi: Qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi

Bakı. Trend:

Baş nazir Nikol Paşinyan üçtərəfli bəyanatı həm də mənim təklifimlə imzaladı.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan deyib.

O bildirib ki, Qarabağda münaqişənin dayandırılması ilə bağlı qərar zərurət nəticəsində verilib:

“Bu qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi. Bunu birmənalı qəbul etmək və başa düşmək lazımdır. Mən bu qərarı düzgün hesab edirəm. Bizim üçün acı həqiqət olsa da, qərar mövcud vəziyyətə uyğun verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti