Bakı. Trend:
Rusiya Dağlıq Qarabağda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın inkişafında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BQXK-nin prezidenti Peter Maurerlə görüşü zamanı deyib.
O bildirib ki, tərəflərin əməkdaşlığı üçün yeni məkan, Dağlıq Qarabağ əlavə olunub:
"Bir həftə əvvəl üçtərəfli birgə bəyanat qəbul olundu. Orada Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir. Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin orada uzun müddət işlədiyini bilirik. Biz əməkdaşlığımızın inkişafında maraqlıyıq".