...

Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2020 10:29 (UTC +04:00)
Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon

Bakı. Trend:

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə əldə olunmuş Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması barədə razılaşmaya əməl olunur.

Trend-in məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

O bildirib ki, ABŞ bu razılaşmanı və tərəflərin razılaşmaya əməl etməsini alqışlayır:

“Deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasındakı razılaşma hazırkı mərhələdə tam icra olunur”.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti