...

RUŞANİYƏ HÜSEYNOVA HƏYAT YOLDAŞINA ÖLÜMÜNDƏN QABAQ NAZİRLƏRLƏ BAĞLI TƏKLİFLƏR EDİLDİYİNİ DEYİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2005 17:07 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, bu gün iyunun 24-də "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova mətbuat konfransı keçirib. O, E.Hüseynovun qatillərinin və sifarişçilərinin tapılmaması, istintaq işinin zəif aparılmasından şikayətlənib.

E.Hüseynovun ölümündən üç ay yarım keçməsinə baxmayaraq cinayətin açılması istiqamətində ciddi nəticələr olmadığından R.Hüseynova qərara gəlib ki, ictimaiyyətə, kütləvi informasiya vasitələrinə bəzi açıqlamalar versin, baş redaktorun qətlinin diqqətdə saxlanılması, gündəmdən çıxarılmaması üçün bu hadisəni bir daha jurnalistlərin nəzərinə çatdırsın.

E.Hüseynovun xanımi bildirib ki, kənarda, ölkə xaricində qatil axtarmağa ehtiyac yoxdur. Onun fikrincə, qatillər, sifarişçilər bəlkə də hazırda ölkədədir və hər gün onları televiziyalarda görürük. R.Hüseynova onu da vurğulayıb ki, həyat yoldaşının ölümündə konkret olaraq heç kəsdən şübhələnmir və qətli sifariş verənlər barəsində hansısa şəxsin adını söyləyə bilməz.

Xəbər lenti

Xəbər lenti