...

AZƏRBAYCANDAKI İRAN VƏTƏNDAŞLARI PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURUNA SƏS VERİRLƏR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2005 18:07 (UTC +04:00)

Trend-i buradan izləyin

İyunun 24-də müvəqqəti olaraqa Azərbaycan ərazisində olan İran vətəndaşları İranda prezident seçkilərinin ikinci turunda səs veriblər. Trend agentliyinin məlumatına görə, səsvermə İranın Azərbaycandakı səfirliyinin konsul şöbəsində keçirilib.

Seçki bülletenləri gec daxil olduğundan səsvermə 3 saat gec başlayıb. Ehtimal edilir ki, səsvermə hüququndan Bakıda və Naxçıvanda minə yaxın vətəndaş istifadə edəcək. Birinci turda Bakıda 650-yə yaxın şəxs, Naxçıvanda isə 100-ə yaxın şəxs iştirak etmişdi.

Yerli vaxtla saat 16.00 -da İranın Azərbaycandakı səfiri Əfşar Süleymani səs vermək üçün məntəqəyə gəlib. Bu müddət ərzində 250-300 adam səs verib. Səfir seçicilərin fəallığından razı qalıb. Seçicilər prezidentliyə iki namizəd - eks-prezident Əli Əkbğər Haşimi Rəfsəncani və Tehranın meri Mahmud Əhmədi Nicat arasında seçim ediblər. Səsvermə saat 21.00-ə kimi davam edib. Səfir əmin olduğunu bildirib ki, hətta səsləri hesablamadan belə Rəfsəncaninin İranın növbəti prezidenti olduğunu demək mümkündür. Onun əminliyi seçicilərin fəallığına və seçkiqabağı atmosferə əsaslanır. Xatırladaq ki, Azərbaycanda seçkilərin birinci turunda Rəfsəncani qalib gəlmişdi.

Xəbər lenti

Xəbər lenti