Trend agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədinejada təbrik məktubu göndərib.
Məktubda xüsusilə qeyd edilir ki, rəsmi Bakı iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Həmçinin Azərbaycanla İran arasında ənənəvi qarşılıqlı anlayış və dəstək siyasətinin beynəlxalq səviyyədə davam etdirilməsi ilə bağlı əminlik ifadə olunub.Qeyd olunur ki, həmin əlaqələr bundan sonra da iki ölkə xalqlarının marağı naminə inkişaf etdiriləcəkdir.