...

Qoşunların təmas xəttində monitorinq keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2005 15:04 (UTC +04:00)

Noyabrın 29-da Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qonuşların təmas xəttində monitorinq keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq reallaşıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski və İmre Palatinus keçirib.

Təmas xəttinin qarşı tərəfində isə təmas xəttindəki vəziyyəti isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Harri Eronen, Piter Ki və Jiri Aberle müşahidə edib.

Günün birinci yarısı həyata keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb. Hər iki tərəfin müşahidəçisi monitorinqin nəticəsini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti