...

Dağlıq Qarabağ məsələsi üzrə danışıqların davam etdirilməsi vaxtına dair razılaşma hələlik yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2005 16:43 (UTC +04:00)

Azərbaycan və Ermənistanın XİN başçıları - Elmar Məmmədyarov və Vardan Oskanyanın qeyri-rəsmi görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə aparılan danışıqların davam etdirilməsi vaxtı və yeri barədə razılaşma əldə olunmayıb. Trend bildirir ki, bu barədə Vardan Oskanyan bəyan edib.

"Prezidentlər və XİN başçıları səviyyəsində danışıqların mümkün qədər tez bərpa edilməsində qarşılıqlı istək mövcuddur, amma hələlik bu görüşlərin keçirilməsi vaxtı və yeri konkret olaraq həll edilməyib" -deyə V.Oskanyan bəyan edib və ümid etdiyini bildirib ki, dekabrın ortalarında, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən sonra növbəti görüşlərin vaxtı müəyyən ediləcək.

"Azadlıq" radiosu bildirir ki, ATƏT-in nazirlər Şurasının iclasındakı çıxışı ilə bağlı sualı cavablandırarkən xarici siyasət idarəsinin rəhbəri öz çıxışında əsasən Dağlıq Qarabağ probleminə toxunduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti