...

2005-ci ilin dekabr ayı ərzində Azərbaycanın 592,603 M2 ərazisi minadan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2006 18:36 (UTC +04:00)

2005-ci ilin dekabr ayı ərzində Azərbaycanın 592,603 M2 ərazisi minadan təmizlənib. Azərbaycan ərazilərinin minadan təmizlənməsi Milli Agentliyində (ANAMA) "Tpend"ə bildirilib ki, bu dövr ərzində 104 mina və partladılmamış sursat (PHS) aşkar edilib və zərərsizləşdirilib.

Təmizləmə əməliyyatlarına 22 minaaxtaran it, 138 sapyop, 15 PHS operatoru, 8 təcili yardım həkimi və təxminən 100 yardımçı işçi cəlb edilib.

ANAMA-nın Azərbaycanda fəaliyyəti müddətində 21 527 417 m2 ərazi minadan təmizlənib. Aşkar edilmiş və zərərsizləşdirilmiş mina və PHS-nin ümumi sayı 11 704 təşkil edir.

2005-ci ilin yanvar-dekabr ayları ərzində 16 mina partlaması hadisəsi baş verib, nəticədə 49 nəfər xəsarət alıb, 10 nəfər həlak olub.

2001-ci ilin sentyabr ayından etibarən 70 mina partlaması hadisəsi nəticəsində 48 nəfər həlak olub, 101 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti