...

"Qarabağ dünən, bu gün və sabah" mövzusunda konfrans keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Mart 2006 14:19 (UTC +04:00)

Trend-i buradan izləyin

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə mayın 23-də Bakıda "Qarabağ dünən, bu gün və sabah" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Tədbir Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin vəziyyətinə həsr olunacaq. Konfransda Qarabağın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin siyasi, iqtisadi, hüquqi, hərbi aspektləri, həlli yolları, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti