...

Rene Van der Linden: Dağlıq Qarabağ üzrə vasitəçi missiyanın mövcud formatının dəyişdirilməsi məqsədəuyğun deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2006 16:07 (UTC +04:00)

Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasının üzvüdür və biz bu ölkələr arasında münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin inkişafında maraqlıyıq. Trend in Strasburqdakı müxbirinin xəbər verdiyi kimi, bu barədə aprelin 10-da AŞPA-nın yaz sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında təşkilatın prezidenti Rene Van der Linden bəyan edib.

R.Linden qeyd edib ki, "hər iki ölkə prezidentinin Rambuye görüşündə hər hansı irəliləyiş olmayıb".

"Ancaq biz hesab edirik ki, sonda tərəflər problemin sülh yolu ilə həlli istiqamətində razılığa gəlməlidir", - deyə AŞPA prezidenti vurğulayıb.

R.V.Linden onu da qeyd edib ki, vasitəçi missiyanın mövcud formatının dəyişdirilməsi düzgün deyil. "Biz ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların başa çatmasını gözləyəcəyik. Minsk Qrupunun vasitəçi formatının AŞ formatı ilə əvəz olunması isə məqsədəuyğun deyil", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti