...

Araz Əzimov: Bakı "Böyük Səkkizliyin" Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə böyük əhəmiyyət verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2006 16:13 (UTC +04:00)

Biz "Böyük Səkkizliyin" Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə böyük əhəmiyyət veririk. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 19-da jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələnin "Böyük Səkkizliyin" Sankt-Peterburqda keçiriləcək növbəti görüşünün gündəliyinə daxil edilməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin "Böyük Səkkizliyin" diqqətinə çatdırılması münaqişənin həllinə siyasi təsir göstərə bilər. Bundan başqa, səkkizliyə üzv ölkələrin yardımı işğal olunmuş ərazilər azad olunduqdan sonra burada infrastrukturun bərpası üçün də lazımdır.

Ancaq əgər Ermənistan rəhbərliyi konstruktivlik göstərməsə, "Böyük səkktizliyin" və ya digər qurumların səyləri problemin həllinə kömək edə bilməyəcək", - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti