...

Mübariz Qurbanlı: "Azərbaycan hansısa xırda güzəştlər naminə böyük maraqlarını qurban verməyəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2006 18:00 (UTC +04:00)

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən verilən təkliflər əvvəllər verilən təkliflərin bu və ya digər formada təkrarıdır. Bu barədə "Trendə" Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı bildirib ki, Azərbaycan yalnız üç təklif ətrafında söhbət apara bilər. Bunlardan biri münaqişənin mərhələli həllidir: "Yəni Azərbaycan tərəfi öncə işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin yurdlarına qaytarılmasından sonra Dağlıq Qarabağın gələcək statusuna baxmağı təklif edib. Bu gün Praqa çərçivəsində aparılan danışıqlar, həmsədrlərin verdikləri təkliflər əvvəllər mövcud olan təkliflərin müxtəfli formada təkrarıdır".

YAP rəsmisi onu da qeyd edib ki, ermənilər əvvəllər münaqişənin paket həllinə tərəfdar idisə, indi mərhələli həllinə çalışırlar. Bu da onu deməyə əsas verir ki, Ermənistanın fikrində dəyişlik görünür: "Minsk qrupunun təklif etdiyi beş rayonun azad edilməsi müqabilində hansısa addımların atılmasına gəldikdə, bu, Azərbaycanın razılaşdığı mərhələli həllə uyğun deyil. Azərbaycan mərhələli həlldə işğal olunan bütün ərazilərin azad olunması müqabilində hansısa addımların atılmasına tərəfdardır. Təsəvvür edin ki, beş rayon azad olunub. Əsas strateji mövqelər sayılan Kəlbəcər və Laçın düşmənin əlində qalırsa, bu, növbəti danışıqlarda Azərbaycan üçün əlverişsiz şərait yarada bilər. Ona görə Azərbaycan əvvəldən hansısa xırda güzəştlər naminə böyük maraqları qurban verməyəcəyini bildirib".

Xəbər lenti

Xəbər lenti