...

Deputatlar Sabir Rüstəmxanlı, İqbal Ağazadə və Qənirə Paşayeva cəbhə xəttində görüşlər keçirirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2006 13:27 (UTC +04:00)

Millət vəkilləri Sabir Rüstəmxanlı, İqbal Ağazadə və Qənirə Paşayeva Azərbaycanın ermənilərlə cəbhə xəttində yaşayan əhali ilə görüşlər keçirirlər. Bu barədə Trend ə Sabir Rüstəmxanlı məlumat verib.

O bildirib ki, üç nəfərdən ibarət deputat qrupu Azərbaycanın işğal olunmuş rayonlarında torpaqların, əkin sahələrinin ermənilər tərəfindən yandırılması faktlarını öyrənmək, eyni zamanda cəbhə xəttindəki vəziyyətlə tanış olmaq üçün bu bölgələrdə səfərdədirlər. S.Rüstəmxanlının sözlərinə görə, onlar Ağcabədi və Bərdə rayonlarında olub, burada yerləşən hərbi hissələrdə və müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşlər keçiriblər. Millət vəkilləri əsgərlər qarşısında çıxışlar edib, Azərbaycan əsgərlərinin yüksək döyüş əhval-ruhiyyəsində olduğunun, yüksək döyüş hazırlığına yiyələndiklərinin və digər keyfiyyətlərinin şahidi olublar.

Hazırda millət vəkilləri Ağdamın Mahrızlı kəndidədir və orada yerli əhali ilə, səngərdə dayanan əsgərlərlə görüşlər keçirirlər. S.Rüstəmxanlı qeyd edib ki, ermənilərin işğal altındakı əkin sahələrimizi yandırması faktları təsdiqini tapır. Millət vəkilləri bunun şahidi olublar.

Xəbər lenti

Xəbər lenti