...

Monitorinq ermənilərin ATƏT nümayəndələrinə ağəş açması nəticəsində pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2006 16:53 (UTC +04:00)

İyulun 4-də Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərbində planlaşdırılan monitorinq ermənilərin ATƏT nümayəndələrinə atəş açması nəticəsində pozulub. Trend Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin göstərişinə əsasən monitorinq yarımçıq saxlanılıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Günter Folk və Piter Ki keçirməli idi.

Eyni monitorinq qrupu tərəfindən Ağdamın Mərzili kəndi yaxınlığındakı qoşunların təmasa xəttində isə monitorinq insidentsiz ötüşüb.

Xəbər lenti

Xəbər lenti