...

QAT sədri A.Nağı: "ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik həmişə faktı təsdiqləməkdən çəkinib"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2006 14:02 (UTC +04:00)

"İşğal altında olan Azərbaycan torpaqlarının ermənilər tərəfindən yandırılması faktına Anjey Kaspşikin münasibəti qeyri-obyektiv oldu". Bu fikirləri Trend ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal olunmuş ərazilərin yandırılması ilə bağlı monitorinq apardıqdan sonra yanğınların məsuliyyətini heç də ermənilərin üzərinə qoymayaraq istidən də yanğın baş verməsinin mümkün olduğunu deyib. Lakin yanğınların şahidi olan ətraf kəndlərin sakinləri cəbhənin ermənilər tərəfindən otlaq sahələrinə yandırıcı atəşlər açıldığını bildiriblər.

QAT sədri A.Nağı qeyd edib ki, A.Kaspşikin mövqeyi həmişə olduğu kimi bu dəfə də ədalətsiz və qeyri-obyektivdir: "Anjey Kaspşik dəfələrlə atəşkəsin ermənilər tərəfindən pozulması faktlarına da belə yanaşıb. Özü cəbhə xəttində monitorinq aparan zaman ona ermənilər atəş açıblar və bunu gözləri ilə görüb. Lakin cəbhə bölgəsindən çıxandan sona deyir ki, atəşkəsin haradan, kim tərəfdən açıldığını bilmirəm. Yəni, o, həmişə faktı təsdiqləməkdən çəkinib, buna görə də mövqeyi obyektivliyə yox, başqa maraqlara xidmət edir".

QAT sədri bildirib ki, yandırılan torpaqlar Azərbaycanın əraziləridir və heç kəs dövlətimizin bu ərazilər üzərində suverenliyini əlindən ala bilməz. Ona görə də Azərbaycanın müvafiq dövlət qurumları beynəlxalq təşkilatların nümayəndələri ilə birgə iş aparmalı, ərazilərimizə ziyan vurulmasının qarşısını almalıdır.

Xəbər lenti

Xəbər lenti