Avqustun 21-də İrəvanda üzdəniraq "Dağlıq Qarabağ Respublikasının" "xarici işlər naziri" Georgi Petrosyan və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik arasında görüş keçirilib. Görüş sonuncunun təklifi ilə baş tutub.
Trend in REGNUM İA-ya istinadən xəbər verdiyi kimi, görüş zamanı tərəflər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən yanğınlarla bağlı məsələləri müzakirə ediblər. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.