...

Erməni tərəfi Azərbaycanın mövqelərini yenə də atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2006 12:03 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, avqustun 24-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xanlar rayonunun Qamış dağının 0,7 km cənub-şərqində və 1,5 km şimal -qərbində yerləşən mövqelərindən Azərbaycan silahlı qüvvələrinin üzbəüz mövqelərini atəşə tutub. Avtomat və pulemyotlardan açılan atəş saat 19.50-dən saat 20.15-dək davam edib. Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti