Avqustun 25-də Azərbaycanla Ermənistan arasındakı təmas xəttində atəşkəs pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Saat 20.00-dan 20.15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin 1 km cənub-qərbində yerləşən miövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.
Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.