...

Azərbaycan XİN işğal olunmuş ərazilərdə yanğınların qarşısının alınması məsələsində əməkdaşlıq üçün heç bir maneə görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2006 20:07 (UTC +04:00)

Azərbaycan XİN işğal olunmuş ərazilərdə yanğınların qarşısının alınması məsələsində əməkdaşlıq üçün heç bir maneə görmür. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycan XİN Mətbuat və İnformasiya İdarəsinin başçısı Tahir Tağızadə bildirib.

Jurnalislərin "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair BMT-nin son qətnaməsini əvvəlki 4 sənədin aqəbəti gözləyirmi" sualını cavablandıran T. Tağızadə bildirib ki, qərarların icra olunmaması və onların yerinə yetirilməsi mexanizminin olmaması yalnız BMT-nin deyil, digər beynəlxalq təşkilatların da problemidir. Ona görə də Azərbaycan BMT-nin islah edilməsinin tərəfdarıdır.

O qeyd edib ki, işğal olunmuş ərazilərdə yanğınlar faktını araşdıracaq missiyanın göndərilməsi geniş miqyaslı ekoloji əməliyyatların birinci addımı olacaq. Azərbaycan öz tərəfindən bütün lazımi tədbirləri həyata keçirir. Keçən həftənin sonu idarələrarası işçi qrupunun birinci iclası keçirilib.

Çin tərəfindən Ermənistana kütləvi qırğın silahlarının satılması ilə bağlı məlumata gəlincə, T.Tağızadə bildirib ki, Azərbaycan XİN Pekin və Moskvadakı səfirlərinə bu məsələləri araşdırmaq göstərişini verib və yalnız bundan sonra rəsmi Bakı öz mövqeyini bildirəcək.

Son vaxtlar azərbaycanlıların tez-tez Ermənistana sərf etməsini şərh edərkən, T. Tağızadə əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli-paket həllinin birinci mərhələsi başa çatdıqdan sonra, bu cür səfərlər mühüm ola bilər. Amma hazırkı mərhələdə bu səfərlərin səmərəliliyi şübhə doğurur.

Xəbər lenti

Xəbər lenti