...

Erməni hərbçilərinin atəşkəsi pozması nəticəsində bir Azərbaycan əsgəri həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2006 12:35 (UTC +04:00)

Sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasındakı təmas xəttində erməni hərbçilərinin atəşkəsi pozması nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

Atəşkəs Ağdam rayonununYusifcanlı kəndi istiqamətində pozulub. Erməni hərbçilərinin hücumlarının qarşısı alınarkən Seyidəliyev Vüsal Hakim oğlu düşmən tərəfindən açılmış atəşə tuş gələrək şəhid olub.

Vüsal Seyidəliyev Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı.

Sentybarın 22-də mərhum əsgər torpağa tapşırılacaq.

Allah rəhmət eləsin.

Xəbər lenti

Xəbər lenti