...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2006 14:40 (UTC +04:00)

Sentyabrın 28-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. Bu barədə Trend ə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisindən məlumat verilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi regionda olmadığından monitorinqi onun səhra köməkçiləri həyata keçiricəklər. Monitorinqin keçiriləcəyi məkan barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, sonuncu dəfə monitorinq sentyabrın 12-də keçirilib.

Xəbər lenti

Xəbər lenti