...

Vardan Oskanyan: ATƏT-in Minsk Qrupu həmsədrləri gələn həftə regiona səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2006 14:15 (UTC +04:00)

ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər çərçivəsində oktyabrın 3-də İrəvana gələcək. Bu barədə sentyabrın 29-da İrəvanda keçirilmiş mətbuat konfransında Ermənistanın xarici işlər naziri Vardan Oskanyan məlumat verib.

Trend in "Mediamaks"a istinadən xəbər verdiyi kimi, o, bu həftənin əvvəlində Nyu-Yorkda vasitəçilərlə görüşünü "səmərəli" adlandırıb. V.Oskanyanın sözlərinə görə, "bu görüş danışıqlar prosesində vəziyyətə müəyyən aydınlıq gətirməyə imkan verib".

Nazir bildirib ki, Ermənistan və Azərbaycan XİN başçıları arasında görüşün təşkili perspektivi vasitəçilərin səfərinin yekunlarından asılı olacaq.

V.Oskanyan onu da qeyd edib ki, yanğınların nəticələrini öyrənmək üçün ATƏT-in Dağlıq Qarabağ ətrafındakı ərazilərə səfər edəcək missiyasının tərkibi və mandatı müəyyən edilib.

V.Oskanyan Ermənistan tərəfinin missiyaya lazımi yardım göstərməyə hazır olduğunu bəyan edib. ATƏT missiyasının regiona yaxın gələcəkdə səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti