Xankəndinin məcburi köçkünləri ilə bağlı Azərbaycan hökumətinin yaxın vaxtlarda müvafiq bir qərarı ola bilər. Trend in məluatına görə, bu barədə jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov açıqlama verib.
O bildirib ki, 1992-ci ildə o vaxtkı hakimyyət dövründə Ağdərə rayonu həm yaradılıb, həm də ləğv edilib. Ləğv edilərkən Ağdərənin əhalisinin sayı 12 min nəfər olub. O vaxt ləğv edilmə zamanı rayonun əksər hissəsi Tərtər rayonuna, qalan bir qismi Kəlbəcərə və Ağdama verilib. Buna baxmayaraq Ağdərə rayonu əhalisinin məcbui köçkün statusu qalır. Əli Həsənov qeyd edib ki, ölkə prezidenti bu məsələlərə baxılmasına dair tapşırıq veib: "Mən bu yaxınlarda aidiyyatlı qurumlarda görüşlər keçirib bu məsələni müzakirə edəcəyəm. Ancaq təkcə Ağdərə deyil, Xankəndi də var. Xankəndinin də 12 minə yaxın əhalisi olub. Onun 3 mini bu gün məcburi köçkün vəziyyətindədir. Təəssüf osun ki, əvvəlki Komitə rəhbərləri onların statusunu ləğv etmişdi. 5 il əvvəl biz onların hamısının statusunu bərpa etdik. Xankəndi köçkünləri bir sıra rayonlarda daimi məskunlaşıblar. Ancaq bu əhaliyə qarşı da ədalətsizlik olub və onlar məcburi köçkündürlər. Prezidentin bununla bağlı tapşırığı var və bu yaxınlarda biz Xankəndi köçkünləri ilə bağlı müəyy
ən qərara gələcəyik"-deyə Komitə sədri qeyd edib.