...

ATƏT MQ həmsədrləri Bakıya gəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2006 13:00 (UTC +04:00)

Noyabrın 22-də səhər ATƏT-in Minsk Qrupunun fransalı və rusiyalı həmsədrləri Bernar Fasye və Yuri Merzlyakov Bakıya gəlib. Trend in xəbər verdiyi kimi, missiyaya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də daxildir.

Vasitəçilərin regiona səfəri ilə bağlı razılaşma noyabrın 14-də Brüsseldə Azərbaycan və Ermənistanın XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskanyanın, o cümlədən MQ həmsədrlərinin görüşündə əldə olunub. Vasitəçilər problemin həlli üzrə növbəti təşəbbüsləri müzakirə etmək üçün hər iki ölkə rəhbərliyi ilə danışıqlar aparır. Səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində növbəti görüşün təşkili ilə bağlı məsələ müzakirə mövzusu olacaq. Bu görüşün noyabrın 28-də Minskdə keçirilməsi planlaşdırılır.

ABŞ-da ölkənin milli bayramının qeyd olunması ilə əlaqədar MQ-nin amerikalı həmsədri Metyu Brayza missiyanın tərkibinə daxil deyil.

Xəbər lenti

Xəbər lenti