...

"İşğal altındakı ərazilərimizdə dini abidələrə qarşı erməni vandalizmi" mövzusunda toplantı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2006 17:38 (UTC +04:00)

Noyabrın 28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın işğal olunmuş ərazilərində dini abidələrə, müqəddəs ziyarətgahlara qarşı erməni vandalizmi" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, toplantıda dövlət qurumlarının, qeyri-hökumət təşkilatçılarının nümayəndələri, taixçilər, alimlər iştirak ediblər.

İctimai Birliyin sədri professor Nadir Abdullayev işğal altında olan Azərbaycan abidələrinin, müqəddəs ziyarətgahların ermənilər tərəfindən tamamilə dağıdılmasından, erməniləşdirilməsindən, məscidlərin dəyişdirilərək kilsələrə çevirmələrindən danışıb. "Qolos Karabaxa" qəzetinin baş redaktoru Qədir Nəsirov mövzu ilə bağlı məruzə edərək işğal altında qalan ərazilərimizdə qədim və orta əsrlərə aid tarixi abidələrin dağıdılması haqqında danışıb. Məruzəçi Şuşa, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan, Qubadlı rayonları ərazisində, həmçinin Zəngəzur və İrəvan quberniyalarında mövcud olmuş XII-XIV, XVII, XVIII, XIX əsrlərə aid adibələr, məscidlər barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Eltan Babayev, Şuşa şəhər Mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov və digərləri çıxış edərək erməni vandalizmini təsdiqləyən faktlara toxunub, ermənilərin antibəşəri əməllərinə və saxtakarlıqlarına beynəlxalq qurumların reaksiya verməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti