...

Türkiyənin səfiri: "Dünya ictimaiyyəti Dağlıq Qarabağda keçirilən "referendum"u qeyri-ciddi akt kimi qiymətləndirir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2006 14:05 (UTC +04:00)

Dünya ictimaiyyəti Dağlıq Qarabağda keçirilən "referendum"u qeyri-ciddi akt kimi qiymətləndirir. Trend xəbər verir ki, bu barədə bu gün Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bildirib.

O qeyd edib ki, bu, heç bir təsirə malik olmayan bir hərəkətdir. Türkiyə bu məsələ ilə əlaqədar Avropa İttifaqının mövqeyini dəstəkləyir.

Səfir həmçinin əlavə edib ki, hamıya məlumdur ki, Ermənistanda demokratiya yoxdur, əgər olsaydı, erməni xalqının fikri nəzərə alınar və bu ölkənin siyasəti bu cür olmazdı.

Xəbər lenti

Xəbər lenti