...

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda "referendum" keçirilməsindən təəssüflənir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2006 15:07 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Edqar Vaskes bildirib: "Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Biz təəssüf edirik ki, Dağlıq Qarabağda konstitusiya layihəsinə dair "referendum" keçirilib".

Diplomat əlavə edib: "ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üzərində iş aparır. Dağlıq Qarabağın gələcək statusu Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesi çərçivəsində müzakirə edilir". Diplomatın fikrincə, "keçirilən referendum prosesə xələl gətirir, ona görə ABŞ bu "referendum"un nəticələrini tanımır".

"Amerikanın səsi" xəbər verir ki, bununla yanaşı, diplomat referendumun nəticələrinin danışıqlar prosesinə mane olmayacağına əminliyini bildrib.

Xəbər lenti

Xəbər lenti