...

Amerikalı politoloq hesab edir ki, ABŞ-dakı seçkilər Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə təsir göstərməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2007 17:28 (UTC +04:00)

ABŞ-dakı seçkilər Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə təsir göstərməyəcək. Trend xəbər verir ki, bu barədə Dünya təhlükəsizliyi institutunun (ABŞ) Rusiya və Asiya proqramları direktoru Nikolay Zlobin yanvarın 23-də "Postsovet dövlətlərinin aktual problemləri. Vaşinqtondan Bakıya nəzər" mövzusunda mətbuat konfransında bildirib.

Onun fikrincə, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsində Vaşinqton və Moskvanın dövlət maraqlarında qarşı durma yoxdur. Ona görə də bu ölkələrin hər hansı ümumi mövqeyə gəlmələri üçün imkanları var. Bütün ziddiyyətlərə və baxışlardakı fərqə baxmayaraq, ABŞ və Rusiya ümumilikdə bu problem üzrə ümumi mövqe tuturlar.

Postsovet ölkələrində hələ siyasi elita formalaşmayıb. Postsovet respublikalarındakı vəziyyəti şərh edən politoloq bəyan edib ki, hakimiyyətdə olan insanlar hər hansı səbəbdən "yuxarı" düşüblər. O hesab edir ki, onlar siyasi yoldan keçməyiblər və ölkənin maraqları haqqında deyil, gözlənilən seçkilər haqqında düşünürlər. Politoloq düşünür ki, postsovet məkanı ölkələrinin əsas səhvi eyforiya və SSRİ-nin dağılmasının uzun müddət bayram edilməsidir. SSRİ dağıldıqdan sonra keçmiş sovet dövlətləri dünyanın həqiqətlərinə hazır olmadıqlarını gördülər, onlar bu həqiqətlərə əvvəl SSRİ-ABŞ münasibətlərinin prizmasından baxırdılar.

Mətbuat konfransında işitrak edən Azərbaycan Prezidenti Aparatı başçısının köməkçisi Elnur Aslanov və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan haqları institutu yanında Siyasi təhlükəsizlik mərkəzinin direktoru Rəşad Rzaquliyev də bu mərhələdə MDB-nin qeyri-səmərəliliyini qeyd ediblər, lakin bu təşkilatın yenidən qurulmasının tərəfdarı olduqlarnı bildiriblər.

Xəbər lenti

Xəbər lenti