...

Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərinə bir ay ərzində 4 məktub göndərilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2007 16:26 (UTC +04:00)

Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Milli Ordusunun siravi əsgəri Məmmədov Samir Nazim oğlunun valideyinləri bir ay ərzində Samirə 4 məktub yazıb. Bu məktubların yalnız birinin cavabı qayıdıb. Əsirin əmisi Məmmədov Vidadi Trend in bölgə müxbirinə verdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dediyinə görə, məktub artıq Samir Məmmədova çatıb. V. Məmmədov onu da bildirdi ki, Samir əsir düşəndən bu günə qədər hər gün onlar BQXK ilə əlaqə saxlayırlar. Komitə eyni sözləri - "bu istiqamətdə işlər aparılır" - deyə valideyinlərə bildirir.

Qeyd edək ki. S.Məmmədov 2005-ci ilin oktyabrında Bərdə rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2006-cı ilin dekabrın 24-də Qazax rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti