Erməni hərbçiləri atəşkəsi yenidən pozdu
Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəsi yenidən pozub. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, erməni hərbi birləşmələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindən axşam saat 18:30 radələrində Milli Ordumuzla bərabər yaşayış məntəqəsi olan Çıraqlı kəndini 40 dəqiqəyə yaxın intensiv olaraq avtomat silahlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.