...

Fransız dilində Xocalı soyqırımına həsr olunmuş kitab və DVD hazırlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2007 12:18 (UTC +04:00)

"Belçika-Azərbaycan evi"nin təşəbbüsü ilə fransız dilində Xocalı soyqırımına həsr olunmuş kitab nəşr edilib və gələn həftə Bakıda təqdimat əmrasimi keçiriləcək. Bu barədə Trend ə "Belçika-Azərbaycan evi"nin Bülənt Gürcam məlumat verib.

O bildirib ki, nəşrdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının təqdim etdiyi materiallardan, şəkillərdən, sağ qalan Xocalı sakinlərinin hadisə ilə bağlı danışdıqlarından istifadə olunub. Xocalı soyqırımına həsr olunmuş "Əsir torpaq - Qarabağ" adlanan material paket formasındadır. Paketdə "Əsir torpaq - Qarabağ" adlı kitab və eyniadlı DVD diski daxildir. Diskə də Xocalı soyqırımına aid yazılı materiallar və çoxlu sayda şəkillər daxil edilib. Kitabda Azərbaycanın qədim tarixi haqqında da qısa məlumut verilib, qədim torpağımız olan İrəvan, həmçinin Qarabağla bağlı tarixi faktları əks etdirən yazılar toplanıb.

B.Gürcam qeyd edib ki, materialların gələn həftənin sonu Bakıda təqdim mərasiminin keçirilməsi nəzərdə tutulur. Kitab və disk dəsti fransız dilində olduğundan Belçikada, Lüksemburqda və Fransada satışa çıxarılacaq. Xocalı soyqırımına həsr olunmuş türk dilində kitab isə Türkiyədə çap olunacaq.

Xəbər lenti

Xəbər lenti