...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yenidən hərbi əsir Samir Məmmədovla görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2007 16:13 (UTC +04:00)

Bu gün Yerevanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yenidən hərbi əsir, kiçik serjant Samir Məmmədovla görüşüblər. Bu barədə Trend ə Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Görüşdə S.Məmədova qohumlarının növbəti məktubu təqdim edilib.

S.Məmmədov Qazax rayonunun sərhəd hissələrində xidmət edib və ermənilər tərəfindən dekabrın 23-də Qazax rayonu və Ermənistanın İcevan rayonu sərhədində hərbi hissədən 15 km aralıda - neytral ərazidə əsir götürülüb. Əsir götürülərkən onun üzərində silah və hərbi sursat olmayıb. S.Məmmədov əsirlikdə olduğu bütün müddət boyu Yerevanda saxlanılır.

Qeyd edək ki, S.Məmmədovdan sonuncu məktub fevralın 6-da alınıb. S.Məmmədovla görüşün təfsilatı barədə hələ məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti