...

Azərbaycanın Füzuli rayonunda monitorinq zamanı insident baş verməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.İbrahimxəlilova/ Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xəttində, Füzuli rayonu yaxınlığında Füzuli-Goradiz yolunda fevralın 27-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun aparılan monitorinq zamanı insident baş verməyib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinq ATƏT-in xüsusi nümayəndəsi Anjey Kaspşik, onun sahə köməkçiləri İmrə Palatinus, Miroslav Vimetal və Yüksək planlaşdırma qrupunun rəhbəri Santyaqo Rodrigez Santafe tərəfindən aparılıb. Əks tərəfdən monitorinqi sahə köməkçiləri Pitor Ki, Günter Folk və Jaslan Nurtazin aparıb.

Xəbər lenti

Xəbər lenti