...

Türkiyə səfiri: "Van gölündəki Axtamar kilsəsinin bərpasına görə ermənilərin narahatlığı məntiqsizdir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2007 14:09 (UTC +04:00)
Türkiyə səfiri: "Van gölündəki Axtamar kilsəsinin bərpasına görə ermənilərin narahatlığı məntiqsizdir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin Van gölü yaxınlığında Axtamar kilsəsinin bərpa olunmasından ermənilərin narahatlıq keçirməsi və buna etiraz etməsi məntiqsizliklir. Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu bildirib.

O, erməni mətbuatının Axtamar kilsəsinin bərpasını guya oradakı erməni izlərinin silinməsi cəhdi kimi qiymətləndirməsinə münasibətini açıqlayıb. Səfir bildirib ki, Türkiyə hər zaman keçmişinə, qədim tarixinə sahib çıxıb və onu olduğu kimi qoruyub: "Qədim abidələrin hansı millətin nümayəndələrinə mənsub olması, yaxud hansılar tərəfindən inşa edilməsi Türkiyəni narahat etmir. Türkiyədə gürcünün, erməninin, ərəbin və başqa millətdən olan insanların yaratdığı abidələr var və bunların hamısı bizim tariximizdir. Ermənilərin iddialarının əksinə olaraq, türklər öz qədim tarixləri ilə fəxr edirlər. Qeyri-müsəlmanların abidələri, kilsələri də daim bərpa olunur və bunun maliyyəsini Türkiyə dövləti özü ödəyir"-deyə səfir bilirib.

Qarslıoğlu onu da əlavə edib ki, erməni millətinin nümayəndələri özləri 1918-ci ildə, həmçinin Qarabağ müharibəsi dövründə Azərbaycanda onlarla qədim abidələri məhv ediblər.

Xəbər lenti

Xəbər lenti