...

Qoşunların təmas xəttində yerləşən evlər qəza vəziyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin intensiv hərbi təlimlər keçməsi qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən evlərə ziyan vurur. Bu cür hallar cəbhənin Ağdam istiqamətində daha çox müşahidə olunur. Erməni hərbi birləşmələrinin təlimlərdə istifadə etdiyi ağır arteleriyadan atılan mərmilər güclü partlayış yaratdığından torpaq titrəməsi baş verir. Nəticədə qoşunların təmas xəttində yerləşən fərdi yaşayış evlərinin bünövrəsində tərpənmələr olur. Məlumatı təsdiqləyən Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Çingiz Quliyev bildirib ki, bu cür evlər rayon fövqəladə hallar komissiyası tərəfindən qeydə alınıb. Onun sözlərinə görə, qəza vəziyyətində olan evlərin sayı 100-ə yaxındır.

Xəbər lenti

Xəbər lenti