...

Amerikalı diplomat: "ABŞ hökumətinin Dağlıq Qarabağda özəl şirkətlərin fəaliyyətinə heç bir aidiyyatı yoxdur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2007 15:02 (UTC +04:00)
Amerikalı diplomat: "ABŞ hökumətinin Dağlıq Qarabağda özəl şirkətlərin fəaliyyətinə heç bir aidiyyatı yoxdur"

Azərbacyan,Bakı/müxbir Trend A.İsmayılova/ABŞ hökumətinin vətəndaşların və özəl şirkətlərin fərdi fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Bu barədə çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik özəl Amerika şirkətinin ermənilər tərəfindən işğal olunmuş Şuşa şəhərinin baş planını hazırlaması haqqında məlumatı şərh edərkən bəyan edib.

C.Henik qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədri kimi birləşmiş ştatlar münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bu yolda bütün maneələri aradan qaldırmağa hazırdır. Eyni zamanda amerikalı diplomat qeyd edib ki, ABŞ Dövlət Departamenti Azərbaycanın bu ərazilərinin zəbt olunması barədə bütün vətəndaşlarını məlumatlandırıb. "Lakin hökumət ayrı-ayrı şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır" - deyə C.Henik vurğulayıb.

O, qeyd edib ki, hazırda Amerika şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti barədə erməni məlumat mənbələrinin verdiyi məlumat yoxlanılır. XİN mətbuat xidmətindən verilən məlumata əsasən, bununla əlaqədar ABŞ-dakı diplomatik nümayəndəliyə bu faktı araşdırmaq üçün tapşırıq verilib.

"Panarmenian" erməni agentliyinin məlumatına əsasən, mayın 8-də Şuşanın qala divarında SEMA Associates (ABŞ) mütəxəssisləri tərəfindən hazırlanmış videoproyeksiya və onun təqdimatı planlaşdırılıb. Qala divarında fondun digər videomaterialları da nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti