...

Qoşunların təmas xəttində ermənilər hərbi təlimləri intensivləşdirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində dünən gecə 23:45 radələrində bir neçə dəfə partlayış səsləri eşidilib. Nəticədə qoşunların təmas xəttində yerləşən azərbaycanlılar yaşayan kəndlərdə 10-dan artıq evdə çatlar əmələ gəlib. Sakinlərin məlumatına görə, baş verən partlayışlar yeraltı titrəmələr yaratdığından evlər qəza vəziyyətinə düşüb.

Son bir ay ərzində qoşunların təmas xətti boyu Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması halları intensivləşib. Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması hallarının olduğunu təsdiqləyib. Qoşunların təmas xəttində baş verən partlayışlara gəlincə, Müdafiə Nazirliyi bunu ermənilərin hərbi təlimlər keçməsi ilə izah edib.

Xəbər lenti

Xəbər lenti