...

Azərbaycanın Quba rayonunda tapılan kütləvi insan məzarlığında aparılan ekspedisiyanın ilkin nəticələri müəyyənləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2007 14:12 (UTC +04:00)
Azərbaycanın Quba rayonunda tapılan  kütləvi insan məzarlığında aparılan ekspedisiyanın ilkin nəticələri müəyyənləşib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Quba rayonunda aşkarlanan insan məzarlığında apardığı eksperdisiyanın ilkin nəticələrini müəyyənləşdirib. İnstitutun direktor müavini Nəcəf Mirmüseybli cümə axşamı Trend ə açıqlamasında bildirib ki, ekspertiza nəticəsində həmin ərazidə uşaqların, qocaların kütləvi və intizamsız şəkildə basdırıldığı məlum olub. "Burada insan cəsədlərinin sümükləri üzərində zorakılıq əlamətlərinin aşkarlanması kütləvi qırğının movcudluğundan xəbər verir" - deyə Mirmüseybli bildirib. Onun sözlərinə görə, ilkin tədqiqatlar bu insanların 1918-ci ildə ermənilər tərəfindən kütləvi qırıldığını göstərir. Mirmüseybli deyib ki, tədqiqatlardan sonra rəsmi rəy hazırlanacaq və müvafiq qurumlara müraciət olunacaq.

Ekspertlər Qubada 50 metr uzunluqda ərazidə insan skiletlərinə rast gəliblər. İndi onların sayı müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti