...

Qoşunların təmas xəttində keçirilən monitorinq zamanı insident baş verməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq zamanı insident baş verməyib.

Monitorinq keçirilməzdən öncə ATƏT-in nümayəndələri Goranboy rayon icra başçısı Novruz Novruzovla görüşüb. Görüşdə Novruzov bildirib ki, ermənilərin atəşkəsi intensiv pozması nəticəsində qoşunların təmas xəttində olan kəndlərin evlərinə, orta məktəbə ziyan dəyib.

Monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Miroslav Vimetal keçirəcəklər.

Azərbaycanın Goranboy rayonu paytaxt Bakıdan 320 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti