İyunun 10-da Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentləri Robert Köçəryan və İlham Əliyevin görüşü planlaşdırılır. Bu barədə Robert Köçəryan Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşündə bəyan edib - "PanARMENIAN" məlumat verib.
"Nazirlərin son görüşü əvvəlkinə nisbətən daha sakit şəraitdə keçib və bu da nikbin bəyanatlar üçün səbəb olub" - deyə Ermənistan prezidenti qeyd edib.